Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

NKPİ ilə “SOCAR Metanol” MMC arasında razılıq əldə olunub
06.07.2017 15:53
  • A-
  • A
  • A+

NKPİ ilə “SOCAR Metanol” MMC arasında razılıq əldə olunub

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov “SOCAR Metanol” MMC-nin zavodunda olub.

MMC-nin baş direktoru Elnur Mustafayevlə görüşdə iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Nəticədə NKPİ ilə “SOCAR Metanol” MMC arasında elmi-texniki əməkdaşlıq müqaviləsinin bağlanması haqqında razılıq əldə olunub.

V.Abbasov daha sonra şirkətin istehsal prosesi ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: