Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Böyük Qafqazın müasir torpaq örtüyü” kitabı çapdan çıxıb
07.07.2017 12:55
  • A-
  • A
  • A+

“Böyük Qafqazın müasir torpaq örtüyü” kitabı çapdan çıxıb

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən “Böyük Qafqazın müasir torpaq örtüyü” adlı kitab çap olunub.

Akademik M.Babayev, aqrar elmlər üzrə fəlsəfə doktorları - Ə.Cəfərov, Ç.Cəfərova, S.Hüseynova və elmi işçi X.Qasımovun həmmüəllifi olduğu nəşrdə Böyük Qafqazın müasir torpaq örtüyünün tədqiqat nəticələri əksini tapıb. 

Kitabın elmi redaktoru institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevdir.  

Nəşr Böyük Qafqazın tədqiqatçısı, torpaqşünas-alim, akademik Həsən Əliyevin 110 illik xatirəsinə həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: