Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan ziyalıları Azərbaycan mətbuatında (XX əsrin əvvəlləri)” kitabı çap olunub
12.07.2017 15:14
  • A-
  • A
  • A+

“Naxçıvan ziyalıları Azərbaycan mətbuatında (XX əsrin əvvəlləri)” kitabı çap olunub

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Naxçıvan ziyalıları Azərbaycan mətbuatında (XX əsrin əvvəlləri)” kitabı işıq üzü görüb.

Kitabda Azərbaycan mətbuatının keçdiyi inkişaf yolunda Naxçıvan ziyalılarının oynadıqları rol öz əksini tapıb.

Nəşrdə ilk milli mətbu orqan olan “Əkinçi”dən sonra XX əsrin əvvəllərində yaranan və milli mətbuatın inkişafına yeni istiqamət verən “Şərqi-Rus” və onun naşiri, redaktoru Məhəmməd ağa Şahtaxtınski, o cümlədən “Molla Nəsrəddin” jurnalı və onun redaktoru, görkəmli ədib Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” jurnalının ikinci redaktoru olmuş məşhur mollanəsrəddinçi şair və publisist Əliqulu Qəmküsar, “Molla Nəsrəddin” üslubunda çap olunan “Baraban” jurnalının redaktoru olmuş görkəmli diplomat və siyasi xadim Behbud ağa Şahtaxtınski və “Şeypur” jurnalının redaktoru Məhəmmədəli Sidqinin xidmətlərindən ayrı-ayrılıqda bəhs olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: