Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Vahid Qeydiyyat Sistemi və Milli Rəqəmsal Yaddaş layihəsi ilə bağlı təlim keçirilib
18.07.2017 09:37
  • A-
  • A
  • A+

Vahid Qeydiyyat Sistemi və Milli Rəqəmsal Yaddaş layihəsi ilə bağlı təlim keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Vahid  Qeydiyyat Sisteminin (VQS) təşkili və Milli Rəqəmsal Yaddaş (MRY) layihəsinin tətbiqi ilə bağlı təlim keçirilib.

Təlim MEK-in Elektron kataloqun koordinasiya bölməsinin rəhbəri Günel Əhədova tərəfindən aparılıb.

Tədbirin məqsədi avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminin komplektləşdirmə və kataloqlaşdırma modullarında edilən yeniliklərlə bağlı əməkdaşları təlimatlandırmaq olub. Əsasən Kitabxana-xidmət şöbəsinin və Proqramçılar bölməsinin əməkdaşlarının iştirak etdiyi təlimdə kataloqlaşdırma modullarında edilən yeniliklərdən, MRY-da iş sisteminin xüsusiyyətlərindən bəhs edilib. MRY-a daxil edilən kitabların siyahısını açıqlayan G.Əhədova elektron kataloqlaşdırma prosesində dəqiqliyin vacib şərt olduğunu vurğulayıb.

Sonra seçilmiş sənədlərin MRY-a daxil edilməsi əyani göstərilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək  ki, MEK tərəfindən 2016-cı ilin sonlarından həyata keçirilməyə başlamış Milli Rəqəmsal Yaddaş layihəsində əsasən Azərbaycanın qədim mədəniyyətini, tarixini, etnoqrafiyasını, arxeologiyasını, dövlətçiliyini, qanunvericiliyini, demoqrafik və statistik durumunu əks etdirən sənədlər yerləşdirilir. Vahid Qeydiyyat Sistemi (VQS) isə 2016-cı ilin mart-aprel aylarından MEK-in əməkdaşları tərəfindən hazırlanaraq istifadəyə verilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: