Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-da yaranmış mənzil problemi ilə əlaqədar açıqlama
19.07.2017 17:05
  • A-
  • A
  • A+

AMEA-da yaranmış mənzil problemi ilə əlaqədar açıqlama

İyulun 19-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində mənzil məsələsi ilə bağlı narazı olan bir qrup vətəndaşla görüş keçirilib. Müraciət edən vətəndaşların sualları cavablandırılıb, qaranlıq məqamlara aydınlıq gətirilib.

Görüşdə AMEA-nın yataqxanasında yaşayan elmi işçilərin Akademiya ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, inşa olunmuş binaya köçürülməsi məqsədilə yaradılmış komissiyanın ləğv edilməsi və ya tərkibində qismən dəyişiklik edilməsinə dair təklif irəli sürülüb. Bununla əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi yaxın günlərdə qərar verəcək.

Bundan əlavə, AMEA elmi işçilərin, xüsusilə gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış evlərinin inşası üçün respublikanın aidiyyatı rəhbər orqanları ilə danışıqları davam etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: