Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən antik dövrə aid araşdırmalar aparılıb
31.07.2017 10:35
  • A-
  • A
  • A+

Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən antik dövrə aid araşdırmalar aparılıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları antik dövr üzrə bir sıra tədqiqatlar aparıblar.

Belə ki, Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığındakı eramızdan əvvəl V–IV əsrlərə aid şəhər kompleksində antik dövrə aid saray kompleksinin tədqiqi davam etdirilib. Bundan əlavə, Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisində yerləşən antik və orta əsrlərə aid Qalatəpə şəhər məskəninin üst qatında arxeoloji qazıntılar aparılıb.

Eyni zamanda, Şamaxı rayonu ərazisində antik dövr Gəgəli nekropolunda qazıntı işləri görülüb. Tədqiqatlar zamanı tapılan maddi mədəniyyət nümunələri əsasında Gəgəli nekropolu ilk orta əsrlərə aid edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: