Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Zooloqlar ağcaqanadlara qarşı bioloji mübarizə metodlarının tapılması məqsədilə Xaçmazda tədqiqat aparıblar
01.08.2017 11:08
  • A-
  • A
  • A+

Zooloqlar ağcaqanadlara qarşı bioloji mübarizə metodlarının tapılması məqsədilə Xaçmazda tədqiqat aparıblar

AMEA Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının əməkdaşları Xaçmaz rayonu ərazisində ekspedisiyada olublar.

Zooloqlar “Abşeron və Xəzərin Şimal-Şərq sahillərində qansoran ağcaqanadların mikrosporidilərinin öyrənilməsi və bioloji mübarizədə onlardan istifadə edilməsi” tədqiqat işi ilə əlaqədar ərazidə yerləşən su hövzələrindən material toplayıblar.

Qeyd edək ki, qansoran ağcaqanadlar insanlarda və kənd təsərrüfatı heyvanlarında bir çox infeksion və invazion xəstəliklərini yayırlar. Belə ki, tədqiqatların aparılmasında məqsəd ağcaqanadlara qarşı bioloji mübarizə metodlarının tapılması və tətbiqi olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: