Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Neft-Kimya Prosesləri İnstitutu “SOCAR Methanol” MMC ilə anlaşma memorandumu imzalayıb
01.08.2017 14:46
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutu “SOCAR Methanol” MMC ilə anlaşma memorandumu imzalayıb

Avqustun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) ilə “SOCAR Methanol” MMC arasında anlaşma memorandumu imzalanıb.

Görüşdə hər iki tərəfi maraqlandıran məsələlər barəsində geniş fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

İnstitutun direktoru, akademik Vaqif Abbasov, elmi işlər üzrə direktor müavini, texnika elmlər doktoru Hikmət İbrahimov və “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev, baş direktorun müşaviri Aqil Səmədov, marketinq şöbəsinin əməkdaşı Aysel Səfərova görüşdə iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: