Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Robot tozsoran ev sahibinə mənzili barədə məlumat verəcək
02.08.2017 11:02
  • A-
  • A
  • A+

Robot tozsoran ev sahibinə mənzili barədə məlumat verəcək

Yüksəkixtisaslı mütəxəssislərin fikrinə görə, robot-tozsoran mənzil haqqında məlumatları əldə etmək və ev sahibinə ötürmək üçün əla üsuldur.

Aparıcı şirkətlərin təqdim etdiyi müasir tozsoran modelləri Wi-Fi şəbəkəsinə asan qoşulur, sonra isə məlumatların toplanması və ötürülməsini həyata keçirir.

“IRobot” şirkətinin aparıcı eksperti Kolin Enql qeyd edib ki, onların təqdim etdiyi avtomatlaşdırılmış tozsoranlar qəribə funksional qabiliyyətlərə malik unikal qurğulardır. Tozsoran informasiyanın toplanması və ötürülməsiylə yanaşı, təmizləmə işlərini də mükəmməl şəkildə yerinə yetirir.

Yaxın gələcəkdə alimlər robot-tozsoranın köməyilə eksperimental tədqiqat keçirməyi də planlaşdırırlar.

globalscience.ru 

  • Paylaş: