www.science.az
08.08.2017 10:51

“Şirvanın tarixinə yeni baxış: faktlar, mülahizələr” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

28-29 sentyabr 2017-ci il tarixlərində AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Şirvanın tarixinə yeni baxış: faktlar, mülahizələr” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Tədbirin təşkilində məqsəd min illik tarixə malik Şirvanşahlar dövlətinin siyasi, iqtisadi, mədəni tarixinə nəzər salmaqdır.

Beynəlxalq konfransda tarix, mədəniyyət, arxeologiya, etnoqrafiya, numizmatika, ədəbiyyat, epiqrafika, memarlıq və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Ünvan: Bakı ş., Hacı Zeynalabdin Tağıyev küç., 4.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.