Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Kağızdan düzəldilmiş akkumulyator insan seliyindən enerji toplayır
11.08.2017 09:57
  • A-
  • A
  • A+

Kağızdan düzəldilmiş akkumulyator insan seliyindən enerji toplayır

Bakteriyalar vasitəsilə enerji toplayan akkumulyatorlar olduqca faydalı enerji mənbəyi ola bilər. Binhemton Universitetində kompüter elmləri assistenti Sioken Çoy artıq 5 ildir çirkli sular vasitəsilə enerji toplayan elastik akkumulyatorların yaradılması imkanını nəzərdən keçirir. Onun yeni innovativ batareya konstruksiyası yalnız insan seliyinin bir damcısından istifadə etməklə işıq diodunu işıqlandırmaq qabiliyyətinə malikdir.
 
naked-science.ru saytının məlumatına görə, bakterial batareyaların bu tipləri mikrob yanacaq elementləri əsasında işləyir. Bu elementlər bərpa və oksidləşmə reaksiyalarının həyata keçirilməsi üçün bakteriyalardan istifadə edir. Reaksiyalar nəticəsində elektrik enerjisinin hasili üçün molekullar arasında elektronlar dəyişdirilir.
 
Alimlər qurğunun yoxlanılması zamanı 1 kvadrat santimetr üzrə bir neçə mikrovatt güc əldə etməyə nail olublar. Bu isə bir ədəd batareyanın köməyi ilə işıq diodunu aktivləşdirməyə imkan verib. Tədqiqatçıların fikrincə, gələcəkdə yeni batareya birdəfəlik diaqnostik qurğuların enerji ilə doldurulmasında istifadə oluna bilər.

  • Paylaş: