www.science.az
11.08.2017 16:19

“Oğuz eli” qəzetinin növbəti buraxılışı Aşıq Ələsgərə həsr olunub

“Oğuz eli” qəzetinin “Yazıçı” adlı buraxılışının avqust nömrəsi işıq üzü görüb.

Buraxılışın bu nömrəsi Aşıq Ələsgərə həsr olunub. Nəşrdə akademiklər Rafael HüseynovNizami Cəfərov, Xalq yazıçısı Anar, filologiya elmləri doktorları Buludxan Xəlilov, Məhərrəm Qasımlı və digər qələm sahiblərinin Aşıq Ələsgər sənətinin bənzərsizliyi haqqında fikirləri əksini tapıb.

Görkəmli rəssamların yaratdıqları Aşıq Ələsgər portreti və onun şeirləri əsasında çəkilmiş maraqlı illüstrasiyalar, sənətşünas Ziyadxan Əliyevin bu rəsmlər barədə məqaləsi dərginin məzmununa ayrıca dəyər qatır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.