Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Heydər Əliyev və Azərbaycan dili: Dövlət quruculuğu kontekstində” mövzusunda tədbir keçirilib
24.08.2017 14:01
  • A-
  • A
  • A+

“Heydər Əliyev və Azərbaycan dili: Dövlət quruculuğu kontekstində” mövzusunda tədbir keçirilib

Avqustun 24-də Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) “Heydər Əliyev və Azərbaycan dili: Dövlət quruculuğu kontekstində” mövzusunda “məlumat saatı” keçirilib. 

Binəqədi RİH-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə reallaşan tədbirdə “məlumat saatı”nın proqramı haqqında məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində müxtəlif aktual mövzularda tədbirlər davamlı olacaq.

Daha sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Heydər Əliyev və Azərbaycan dili: Dövlət quruculuğu kontekstində” mövzusunda məruzəsini təqdim edib. Alim bildirib ki,  dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik, min illərin burulğanlarından çıxaraq müasir dövrə gəlib çatan ən böyük mənəvi sərvətimizdir.

M.Nağısoylu Azərbaycan dilinin ölkəmizin dövlət dili elan edilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən də danışıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin müvafiq Fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə başlanılıb. Bundan sonra respublikamızda bütün yazılı sənədləşmə işləri latın qrafikası ilə aparılıb. Bildirilib ki, ümummilli lider tərəfindən əsası qoyulan dil siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda tədbir müzakirələrlə davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: