Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Türkiyəli professorlar AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət ediblər
25.08.2017 12:12
  • A-
  • A
  • A+

Türkiyəli professorlar AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət ediblər

Türkiyənin Əskişəhər Osmanqazi Universitetinin professorları Ramazan Durmaz və Gül Durmaz AMEA Hüseyn Cavidin Ev Muzeyində olublar.

Qonaqlara muzeyin ekspozisiyası, dahi şair və dramaturq Hüseyn Cavidin və cavidlər ailəsinin zəngin irsi  barədə ətraflı məlumat verib.

Türkiyəli alimlər Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən materiallara xüsusi maraq göstəriblər. Eyni zamanda, “Cavid hikməti: seçmə aforizimlər”, “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid”, “Cavidşünaslıq” araşdırmalar toplusu və digər kitabları Hüseyn Cavid yaradıcılığının təbliği istiqamətində əhəmiyyətli nəşrlər kimi dəyərləndiriblər.

Sonda xatirə şəkli çəkdirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: