www.science.az
28.08.2017 09:14

Dartılma zamanı elektrik enerjisi hasil edən sap yaradılıb

ABŞ, Koreya Respublikası və Çin alimləri tərəfindən dartılma zamanı elektrik enerjisi hasil edən sap yaradılıb.

hitech.newsru.com saytı xəbər verir ki, karbon nanoboruları əsasında yaradılmış sap dartılma zamanı elektrik enerjisi hasil edir və "ağıllı" geyim istehsalında tətbiq edilə bilər. Yeni material çoxdivarlı karbon nanoborularından ibarət sap şəklindədir və belə sapın elektrik enerjisi hasil etməsi üçün o, elektrolitin içərisinə yerləşdirilməlidir. İstehsalçıların sözlərinə görə, bir kiloqram ağırlığında belə sap 250 vatt gücündə elektrik enerjisi hasil etmək gücünə malikdir.

Sınaqlar zamanı alimlər sübut ediblər ki, elektrolit kimi duzlu sudan (sınaqlar laboratoriyalarda, daha sonra okeanda keçirilib) da istifadə etmək olar.

İstehsalçılar bildirirlər ki, sapın səmərəliliyi generator kimi nisbətən azdır, amma çəkisinin az olmasını nəzərə alaraq onu daşınan datçiklərin enerji ilə doldurulması üçün geyimin yaradılmasında istifadə etmək mümkün olacaq.