Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan alimlərinin monoqrafiyası Almaniyada ingilis dilində nəşr olunub
30.08.2017 12:58
  • A-
  • A
  • A+

Azərbaycan alimlərinin monoqrafiyası Almaniyada ingilis dilində nəşr olunub

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev və həmin institutun laboratoriya rəhbəri, kimya elmləri doktoru Elza Salahovanın “Nazik renium xalkogenid örtüklərinin fiziki-kimyəvi xüsusiyyətləri" adlı monoqrafiyası Almaniyada ingilis dilində nəşr olunub.

Nəşrdə yarımkeçirici xassəyə malik renium xalkogenid ərintilərinin nazik təbəqələrinin bəzi fiziki-kimyəvi xassələri: mikrobərkliyi, daxili gərginliyi, mikroquruluşu, elektrokeçiriciliyi, volt amper xarakteristikasi haqqında geniş məlumat verilib.

Monoqrafiya tələbə, tədqiqatçı və mütəxəssislər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: