Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA prezidenti Fizika İnstitutunda yaradılmış yeni sektorun işi ilə tanış olmuşdur
06.10.2013 00:00
  • A-
  • A
  • A+

AMEA prezidenti Fizika İnstitutunda yaradılmış yeni sektorun işi ilə tanış olmuşdur

AMEA prezidenti, akademik Akif Əlizadə və vitse-prezident, akademik İbrahim Quliyev AMEA Fizika İnstitutunda olmuşlar. İnstitut kollektivi ilə görüşən akademiklər yeni yaradılmış “İnnovasiya sektoru”nun fəaliyyəti ilə yaxından tanış olmuşlar. 

İnstitutun fəaliyyəti haqqında məlumat verən direktor, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov institutun son 3 ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 3 pilot layihəsini qazandığını bildirmiş və bu innovasiya layihəsi çərçivəsində Yaponiya, ABŞ və Almaniyanın istehsalı olan unikal cihazların əldə olunduğunu diqqətə çatdırmışdır. N.Məmmədov institut əməkdaşlarının yeni cihazların idarə olunması ilə əlaqədar Yaponiyada və Avropa ölkələrində təlim keçdiklərini qeyd etmişdir. 

İnnovasiya sektorunun gənc əməkdaşları Xuraman Xəlilova, Nağı Qasımov, Yeganə Əliyeva, Rəşad Hacıməmmədov, Baxşı Mehdiyev, Rüfət Abdullayev, Şəhla Əliyeva, Zamin Mamıyev, həmçinin təcrübəli alimlər nanotexnologiyalar sahəsində əldə olunmuş nəticələr, rentgen qurğuları, spektroskopik ellipsometrdə aparılan işlər, nazik təbəqəli günəş elementlərinin alınması, konfokal lazer mikroskopiyası, təməl prinsiplərdən qabaqcıl hesablamalar və elektron paramaqnit rezonans spektroskopiyası barədə ətraflı məlumat vermişlər. 

Akademik A.Əlizadə institutun elmi uğurlarını təqdirəlayiq hesab etmiş və inkişafının daha da sürətləndirilməsi üçün müəyyən tövsiyələr vermişdir.

Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: