Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dialoq fəlsəfəsi” adlı kitab çapdan çıxıb
11.09.2017 16:59
  • A-
  • A
  • A+

“Dialoq fəlsəfəsi” adlı kitab çapdan çıxıb

AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalovun “Dialoq fəlsəfəsi” adlı kitabı işıq üzü görüb.

“Avropa” nəşriyyatında çap olunan kitabın elmi redaktoru Bakı Dövlət Universitetinin professoru, fəlsəfə üzrə elmlər doktoru Fərman İsmayılov, rəyçiləri - Fəlsəfə İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Sakit Hüseynov və fəlsəfə üzrə fəlsəfə doktoru Gündüz Süleymanovdur.

Yeni nəşr sivilizasiya, mədəniyyət və dinlərarası münasibətlərin açarı hesab edilən dialoq probleminə həsr edilib.

Kitabda dövlət başçısının müasir dünyada sülhün, multikulturalizmin, həmrəyliyin təbliğ edilməsi, dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası ahəngin, harmoniyanın qorunması istiqamətində aparılan rasional siyasətindən bəhs olunur.

Monoqrafiya dialoq problemi ilə məşğul olan alimlər, tədqiqatçılar, magistrlər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: