Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Orta əsrlər Azərbaycan şeirində janrlar və bədii ifadə vasitələri” kitabı nəşr olunub
13.09.2017 12:21
  • A-
  • A
  • A+

“Orta əsrlər Azərbaycan şeirində janrlar və bədii ifadə vasitələri” kitabı nəşr olunub

AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, professor Xəlil Yusiflinin “Orta əsrlər Azərbaycan şeirində janrlar və bədii ifadə vasitələri” kitabı çapdan çıxıb.

Yeni nəşrdə orta əsrlər Azərbaycan ədəbiyyatında işlənən ədəbi janrlar və bədii vasitələrdən söhbət açılıb, mövcud ədəbi materiallarla yanaşı, həmin dövrdə yazılmış poetika kitablarına istinad olunub.

Kitabda, həmçinin Məhəmməd bin Ömər ər-Raduyaninin, Rəşidəddin Vətvatın, Vəhid Təbrizinin əsərlərinə nəzər salınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: