www.science.az
14.09.2017 17:13

“Dünyanı bəzəyən Abbasın tarixi” kitabı Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olunub

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Şahin Fərzəliyev tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə “Dünyanı bəzəyən Abbasın tarixi” (“Tarixe-aləmaraye-Abbasi”) kitabı hədiyyə olunub.

Kitabın müəllifi XVI əsrin görkəmli tarixçisi, şair və xəttatı İsgəndər bəy Münşidir.

Nəşr Azərbaycanın orta əsrlər, xüsusilə Səfəvilər imperiyasının tarixini araşdırmaq üçün dəyərli mənbədir.

Kitabı fars dilindən professor Ş.Fərzəliyev tərcümə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.