Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb
15.09.2017 10:10
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı 15 sentyabr 2017-ci il tarixində işıq üzü görüb.

Qəzetdə Qazaxıstanın paytaxtı Astanada baş tutan İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə Birinci Sammiti, Milli Aviasiya Akademiyasında "Təbii təhlükələr, fəlakət riskləri və dayanıqlı inkişaf" mövzusunda keçirilən elmi seminar, AMEA-da Bilik Gününə həsr olunmuş toplantı, "Şərqi və Qərbi türk dünyasının ortaq tarixi dövləri və münasibətləri" adlı beynəlxalq konfrans, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Kimya elmləri və texnologiyaları III Beynəlxalq Türk Dünyası konfransı, Geologiya və Geofizika İnstitutunun "Strateji yol xəritəsi"ndən irəli gələn vəzifələri, Avropa İttifaqının Nizami layihəsi və yeni nəşrlər haqqında materiallar işıqlandırılıb.

Yeni sayda, həmçinin Çexiya Universitetinin yeganə azərbaycanlı müəllimi Azər Kərimovla müsahibə, "Alim haqqında həmkar sözü", "Alimin solmayacaq qızılgülü", "Daşkəsən tapıntısı" adlı məqalələr və digər məlumatlarla tanış olmaq olar.

Bundan əlavə, qəzetdə «Ислам зовут подумать о науке», «Один процент оправдает надежды», «Приоритет - наука», «Отчего трясет Кавказ», «Поворот о сознании», «Новатор и неутомимый труженик », «Письмо Дьявола » və s. kimi məqalələr də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: