Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində elmi konfrans keçirilib
19.09.2017 16:06
  • A-
  • A
  • A+

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində elmi konfrans keçirilib

Sentyabrın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Müasir dövrdə Ü.Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyası” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə dahi bəstəkarın zəngin həyat və yaradıcılığından söhbət açıb, milli musiqimizin inkişafında xidmətlərindən danışıb. Festival çərçivəsində bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlərin keçirildiyini deyən alim dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilərin, tamaşaçıların dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi ilə daha yaxından tanış olacağını qeyd edib. Bildirib ki, Üzeyir Hacıbəylinin yaradıcılığı tükənməz bir xəzinədir, onun əsərlərinin coğrafiyası gündən-günə genişlənir, yeni tədqiqat işləri aparılır və bu iş hər zaman aktual olaraq qalacaq.

Daha sonra  dahi bəstəkarın zəngin irsinə dair “Leyli və Məcnun” operası Bilkənd səhnəsində”, “Arşın mal alan” operettası xarici teatrların səhnəsində”, “Əsli və Kərəm” operasının səhnə taleyi”, “Koroğlu” operasının TÜRKSOY xətti ilə səhnəyə qoyulması”, “Arşın mal alan” filmi: yaranma tarixi və ekran həyatı”, “Ü.Hacıbəylinin “Arşın mal alan” operettasının Vyana Musiqili Teatrındakı tamaşasına daha bir nəzər”, “Leyli və Məcnun” operasının Amerika səhnəsində balet təcəssümü” və digər mövzularda məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: