Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim Rusiyada keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib
21.09.2017 14:32
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Rusiyada keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib

Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun təşkilatçılığı ilə Zavoljsk şəhərində komet və meteor tədqiqatlarının inkişaf etdirilməsində böyük xidmətləri olan tanınmış astronom F.A.Bredixinə həsr olunan “VI Bredixin konfransı” keçirilib.

Tədbirdə ölkəmizi təmsil edən N.Tusi adına Şamaxı Astrofizika Rəsədxa­nasının (ŞAR) baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev kometlərin parçalanması və ŞAR-da komet spektrlərinin işlənmələrindən alınan nəticələrə dair məruzə ilə çıxış edib.

Konfrasda, həmçinin tanınmış alimlərlə görüşlər keçirilib, əməkdaşlıq perspektivləri müza­kirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: