Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsinin əməkdaşları Türkiyə və İranda Baba Nemətullah Naxçıvaninin irsi ilə bağlı tədqiqat aparacaqlar
26.09.2017 14:28
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin əməkdaşları Türkiyə və İranda Baba Nemətullah Naxçıvaninin irsi ilə bağlı tədqiqat aparacaqlar

AMEA-nın Naxçıvan Bölməsində təsəvvüf alimi Baba Nemətullah Naxçıvaninin həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev tarixən Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi olan Naxçıvanın görkəmli yetirmələri ilə də tanındığını deyib. Azərbaycanın təsəvvüf alimləri arasında xüsusi yeri olan Baba Nemətullah Naxçıvaninin həyat və yaradıcılığı barədə məlumat verən İ.Hacıyev onun “Quran”ı təsəvvüf üslubunda şərh edən ilk alim kimi tarixə düşdüyünü diqqətə çatdırıb.

Sonra akademik İ.Hacıyev bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat institutlarının və Əlyazmalar Fondunun əməkdaşlarına Türkiyə və İranın arxiv, muzey və kitabxanalarında sufi alimin irsi ilə bağlı tədqiqatlar aparmalarına dair öz tapşırıqlarını verib.

İclasda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən “Taleyi və sənəti” layihəsi çərçivəsində hər il işıq üzü görən məqalələr toplusunun 2018-ci il üçün olan növbəti nəşrinin B.N.Naxçıvaniyə həsr edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, həyatının çoxunu Naxçıvanda keçirən alim İranda və Türkiyədə yaşayıb. O, təsəvvüf və təfsir sahələrindəki əsərlərini də burada qələmə alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: