Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim “İsaak Nyuton” qızıl medalı ilə təltif olunub
27.09.2017 12:39
  • A-
  • A
  • A+

Azərbaycanlı alim “İsaak Nyuton” qızıl medalı ilə təltif olunub

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Tətbiqi riyaziyyat şöbəsinin müdiri, f.r.e.d., professor Qabil Əliyev Avropa Elmi-Sənaye Konsorsiumu tərəfindən “İsaak Nyuton” qızıl medalı ilə təltif olunub.

Qeyd edək ki, “İsaak Nyuton” qızıl medalı 2008-ci ildən başlayaraq hər il fizika və riyaziyyat elmi sahələrində mühüm nəticələr əldə etmiş görkəmli alimlərə verilir.

Professor Q.Əliyev bu mükafata layiq görülən ilk Azərbaycan alimidir. O, 200-ə yaxın elmi məqalənin, o cümlədən 5 kitab və 10 monoqrafiyanın müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: