Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanlı alim beynəlxalq elmi konqresdə çıxış edib
02.10.2017 10:38
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq elmi konqresdə çıxış edib

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Qlobalistika – 2017: Qlobal ekologiya və davamlı inkişaf” mövzusunda V beynəlxalq elmi konqres keçirilib.

Tədbirin işində dünyanın 35 ölkəsindən 1000-dən çox alim, o cümlədən Nobel mükafatı laureatları, tanınmış elmi qurumların və assosiasiyaların rəhbərləri iştirak ediblər.

Konqres çərçivəsində 12 tematik seksiya və "dəyirmi masa"lar təşkil olunub, davamlı inkişaf, qlobal idarəetmə və təhlükəsizlik, qloballaşma və təhsil, təhlil və menecment, qlobal etika və yeni humanizm, insan və təbiət ekologiyası və digər mövzularda müzakirələr aparılıb.

Beynəlxalq konqresdə ölkəmizi təmsil edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq Fuad Məmədov “Qlobal dünyanın sabit və təhlükəsiz inkişafı üçün mədəniyyətşünaslığın strateji əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanlı alim, həmçinin “Sosial transformasiyalar” üzrə UNESCO məktəbinin ikigünlük kurslarını aparıb.

Professor F.Məmmədovun konqresdəki çıxışları alimlər tərəfindən yüksək qiymətləndirilib və tədbirin yekun məruzəsində qeyd olunub.

Konqres çərçivəsində F.Məmmədov beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə görə Moskva şəhər hökumətinin medalı və UNESCO-nun “Sosial transformasiyaların idarə olunması” sertifikatı ilə təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: