www.science.az
13.03.2014 00:00

AMEA HİEB-nin akademik-katibi vəzifəsini AMEA-nın müxbir üzvü Teymur Kərimli icra edəcək

AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) akademik-katibi vəzifəsini seçki keçirilənədək AMEA-nın müxbir üzvü Teymur Kərimli icra edəcək.

Qeyd edək ki, bölmənin akademik-katibi vəzifəsini AMEA-nın müxbir üzvü Kamal Abdulla icra edirdi. Prezident İlham Əliyevin 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə K.Abdulla Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin edilmişdir. K.Abdulla AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsindən ərizəsi əsasında azad edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.