Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Görkəmli rus şairi Sergey Yeseninin 122-ci ildönümü qeyd olunacaq
02.10.2017 18:21
  • A-
  • A
  • A+

Görkəmli rus şairi Sergey Yeseninin 122-ci ildönümü qeyd olunacaq

Oktyabrın 3-də saat 12:00-da AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 122-ci ildönümünə həsr edilən ədəbi-musiqili tədbir keçiriləcək.

Sergey Yeseninin Mərdəkandakı Ev Muzeyində baş tutacaq tədbirdə dahi rus şairinin həyat və yaradıcılığından, onun Bakı həyatı ilə bağlı tarixi faktlardan söhbət açılacaq, iştirakçılara maraqlı konsert proqramı təqdim olunacaq.

Mərasimdə “Sergey Yesenin” adına Azərbaycan-Rus Ədəbi Əlaqələri Mərkəzinin əməkdaşları, ictimai təşkilatların nümayəndələri iştirak edəcəklər.

Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 87.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: