Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyi yeni arxeoloji materiallarla zənginləşib
03.10.2017 10:39
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyi yeni arxeoloji materiallarla zənginləşib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi tarixi irsimizin tədqiqi, təbliği və mühafizəsini həyata keçirmək məqsədilə cari ildə də maddi-mədəniyyət nümunələrinin qəbulunu davam etdirib.

Qəbul edilmiş nümunələr arasında 104 ədəd arxeoloji, 1 ədəd təsadüfi tapıntı var. Belə ki, sözügedən nümunələr 2017-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk orta əsrlər arxeologiyası şöbəsinin əməkdaşları tərəfindən Şamaxı rayonu Dəmirçi kəndi yaxınlığındakı nekropolda tapılıb.

Tapıntılar məişət avadanlığından - mətbəx və süfrə qablarından, metal bəzək nümunələrindən, müxtəlif tərkibli muncuq düzümlərindən, eləcə də hərb işində istifadə olunmuş dəmir qılınc və xəncər tiyələrindən ibarətdir. 

Aşkar olunan maddi mədəniyyət nümunələrinin antik dövrə aid olması ehtimal edilir. Yeni arxeoloji tapıntılar Şirvan bölgəsinin maddi mədəniyyətinə aid olub, təmsil etdikləri dövrdə dulusçuluq, bədii metalişləmə sənətinin inkişaf səviyyəsi, eləcə də hərb sənəti haqqında dolğun təssəvvür yaradır. Həmçinin, bu tapıntılar Qafqaz Albaniyası əhalisinin dəfn adətlərini, məişətini, əlaqələrini və bədii zövqünü özündə əks etdirən məxəz kimi də dəyərlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: