Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ermənilərin saxta “Mesrop əlifbası” mifini darmadağın edən kitab çapdan çıxıb
05.10.2017 14:03
  • A-
  • A
  • A+

Ermənilərin saxta “Mesrop əlifbası” mifini darmadağın edən kitab çapdan çıxıb

Tanınmış filoloq, professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” adlı kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Nəşrin elmi redaktoru Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, rəyçiləri professorlar Qəzənfər Kazımov və İsmayıl Kazımovdur.

Kitabda Ə.Tağıoğlu çağdaş erməni tarixçilərinin və dilçi alimlərinin əllərində heç bir maddi sübut olmadığı halda yunandilli keşiş Mesrop Maştosu V əsrdə “erməni əlifbası”nı ixtira etmiş “tarixi şəxsiyyət” kimi qələmə verdiklərini bildirir. Müəllif tarixi maddi sübutlar əsasında belə bir nəticəyə gəlir ki, “erməni yazısı” “Avesta yazısı”nın üzü çıxarılmış variantıdır. Avropalı erməni dilçi alim R.Açaryanın “erməni yazısı”nın mənşəyini “Avesta yazısı”na bağlaması, Nikitin Eminin “Qədim dövrlərdə ermənilərin “Avesta” yazısından istifadə etdiklərini” yazması da bunu sübut edir. Çağdaş erməni yazısının “Avesta yazısı”nın kilsədə üzü çıxarılmış şəkli olduğunu gizlətməyə çalışan ermənilərin çirkin əməlləri mütəxəssis linqvist-dilçi alimlərin diqqətindən yayınmayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: