Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Gənclər üçün Prezident Mükafatı”na təqdim olunan gənc alimlər AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib
13.03.2014 00:00
  • A-
  • A
  • A+

“Gənclər üçün Prezident Mükafatı”na təqdim olunan gənc alimlər AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi haqqında” 2 iyul 2013-cü il tarixli fərmanına müvafiq olaraq 8 gənc alim AMEA Rəyasət Heyətinin 20 noyabr 2013-cü il tarixli qərarı ilə “Gənclər üçün Prezident Mükafatı”na təqdim olunmuşdur.

12 mart 2014-cü il tarixdə AMEA Rəyasət Heyətinin iclasında mükafata təqdim olunan gənc alimlər AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuşlar.

AMEA prezidenti, akademik Akif Əlizadə riyaziyyat üzrə fəlsəfə doktoru Toğrul Muradov, riyaziyyat üzrə fəlsəfə doktoru Rövşən Bəndəliyev, tibb üzrə fəlsəfə doktorları Yusif Hacıyev və Pərviz Abbasov, filologiya üzrə fəlsəfə doktoru Elnarə AkimovaXuraman XəlilovaRafiq Səfərov və Gülnarə Balakişiyevaya fəxri fərmanları təqdim etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
 
  • Paylaş: