Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

XVI əsrdə yaşamış osmanlı şairinin divanının surəti əldə edilib
09.10.2017 10:46
  • A-
  • A
  • A+

XVI əsrdə yaşamış osmanlı şairinin divanının surəti əldə edilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından yaradıcılığında Nəsiminin güclü təsiri olan, XVI əsrdə yaşamış osmanlı şairi Heyrətinin divanının surətini əldə edib. Divanda 100-dən artıq qəzəl, bir tərcibənd var. Divandakı “Gəlür”, “İmiş”, “Bu gün”, “Kibi”,“Yok”, “Ancaq”, “Gərək” və s. rədifli qəzəllərdə, şairin işlətdiyi obraz və məcazlarda Nəsimi təsiri aydın görünür.

Tədqiqatçıların fikrincə, şair bəktaşi və ya qələndəri təriqətinə mənsub olub. O, əsərlərində özünü dərviş, Rum abdalı, sufi adlandırır. Şairin bir şeirindən məlum olur ki, o, qürbətdə, Makedoniyanın paytaxtı Üsküpdə-Skopye şəhərində, Vardar çayının sahilində yaşayıb. Divanda, eyni zamanda, böyük özbək şairi Əlişir Nəvainin də təsirini görmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: