Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Fars dilinin söz yaradıcılığında ərəb məsdərlərinin rolu” kitabı rus dilində çapdan çıxıb
11.10.2017 14:52
  • A-
  • A
  • A+

“Fars dilinin söz yaradıcılığında ərəb məsdərlərinin rolu” kitabı rus dilində çapdan çıxıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Günay Verdiyevanın “Fars dilinin söz yaradıcılığında ərəb məsdərlərinin rolu” kitabı rus dilində işıq üzü görüb.

Kitabda ərəb dilindən alınma sözlə­rin farscaya nüfuz etməsi yolları və bu dilin söz yaradıcılığında oynadığı rol əksini tapıb. 

Vəsaitdə, həmçinin ərəb məsdərləri, fars affiksi və ya yarımaffiksinin köməyi ilə düzələn ərəb-fars hibrid sözlərinin siyahısı da verilib, Azərbaycan dilində işlənən bu qəbil sözlərdən nümunələr göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: