Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Magistratura şöbəsinin rəisi təyin edilib
11.10.2017 17:18
  • A-
  • A
  • A+

Magistratura şöbəsinin rəisi təyin edilib

Fikrət Feyziyev AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin 11 oktyabr 2017-ci il tarixli iclasında qəbul olunub.

Qeyd edək ki, Magistratura şöbəsi AMEA Rəyasət Heyətinin 07 sentyabr 2016-cı il tarixli 10/3 nömrəli qərarı ilə Elm və Təhsil İdarəsinin tərkibində yaradılmışdır. Şöbənin əsas fəaliyyət istiqamətlərinə AMEA-nın elmi bölmələri və elmi müəssisələri ilə birlikdə magistrantların tədris prosesini təşkil etmək, onlara elmi-tədqiqat işlərini yüksək səviyyədə yerinə yetirilmələri üçün şərait yaratmaq, magistrantların təhsilinin səmərəliliyini artırmaq, tədrislə bağlı bütün statistik məlumatları hazırlamaq və s. aiddir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: