Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Naftalan və Goranboy ərazisində arxeoloji tədqiqatlar başa çatıb
12.10.2017 09:29
  • A-
  • A
  • A+

Naftalan və Goranboy ərazisində arxeoloji tədqiqatlar başa çatıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyası Naftalan və Goranboy ərazisində arxeoloji tədqiqatları başa çatdırıb.

Tədqiqatlar nəticəsində Naftalan şəhəri ərazisində dörd kurqan, Goranboy rayonu ərazisində isə 30-dan artıq kurqan və orta əsrlərə aid iki yaşayış yeri qeydə alınıb. Ekspedisiya, həmçinin Goranboy rayonunun Tatarlı kəndi ərazisindəki Muncuqlu təpədə ilk dəmir dövrünə aid nekropolda arxeoloji tədqiqatları davam etdirib. Nekropol 2007-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, dosent Müzəffər Hüseynov tərəfindən qeydə alınıb və sonrakı illərdə səkkiz qəbir tədqiq edilib. Nekropolda bu il dörd qəbirdə arxeoloji tədqiqatlar aparılıb. 

Ekspedisiya, həmçinin Goranboy rayonunun Qaraçinar kəndi ərazisindəki Qaraçinar çoxtəbəqəli yaşayış yerində də yoxlama xarakterli tədqiqatlar aparıb. Abidədən tunc dövrünün bütün mərhələlərinə aid maddi-mədəniyyət nümunələri toplanaraq tədqiqata cəlb edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: