www.science.az
14.03.2014 00:00

AMEA Genetik Ehtiyatlar İnstitutunun doktorantı Estoniyada təlim və tədqiqat proqramında iştirak edib

AMEA Genetik Ehtiyatlar İnstitutunun doktorantı İlhamə Mirzəliyeva Estoniyanın Tallin Universitetinin İnformatika İnstitutunda bir il müddətində təlim və tədqiqat proqramında iştirak edib.

Bitki genetik ehtiyatlarının informasiya sistemləri üzrə təlim və tədqiqat işləri Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Erasmus Mundus ALRAKİS II” fəaliyyət proqramı çərçivəsində təşkil olunub.

Gənc azərbaycanlı alim burada “Bitki genetik ehtiyatlarının məlumat bazasının yaradılması, onun etibarlı saxlanması və əlverişli istifadəsi” mövzusunda tədqiqat işləri aparıb. O, bu müddətdə veb-əsaslı məlumat bazasının yaradılması və həmin bazanın elmi məqsədlərlə tədqiqatçılar üçün əlverişli istifadəsinin təmin edilməsi metodlarını mənimsəyib.

İ.Mirzəliyeva təlim və tədqiqat proqramını müvəffəqiyyətlə tamamlayaraq beynəlxalq sertifikata layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.