Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb
14.10.2017 17:05
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı 13 oktyabr 2017-ci il tarixində işıq üzü görüb.

Qəzetdə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimi, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin cari ildə akademiyanın magistratura pilləsinə qəbul olan tələbələrlə görüşü, AMEA-nın sosial siyasətinin vəzifələri və prioritetlərinə həsr olunan toplantı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin Çin İctimai Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüşü, İnformasiya Texnologiyaları İnstitutunda Avropa Təhsil Fondu və İrlandiyanın davamlı təhsil və təlim üzrə Agentliyinin nümayəndələri ilə görüş, “Azərbaycan dilinin müasir problemləri: reallıqlar və vəzifələr” və "İslam incəsənəti XXI əsrdə: Ənənə və müasirlik" mövzularında keçirilən konfranslar, Yüksək Texnologiyalar Parkı ilə "KUTVAN" MMC arasında imzalanmış saziş və yeni nəşrlər haqqında materiallar işıqlandırılıb.

Bundan əlavə, yeni sayda "Hörmət və ehtiramla yad olunan alim", "Orta məktəb müəllimliyindən akademikliyə", "Alim və müəllimlər bizim gələcəyimizi təmin edəcək", "Dayanıqlı inkişafda elmin rolu", "Yüz illik tənhalıq" adlı məqalələr və digər məlumatlarla tanış olmaq olar.

Qəzetdə, həmçinin «На заседании президиума Академии наук», «Семинарское занятие», «Сергею Есенину посвящается», «Халиф на час», «Стокгольм и Осло раскрыли карты», «Победа духа над плотью», «Долгожительство - понятие эксклюзивное», «Непреходящие ценности» və s. kimi məqalələr də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: