Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Məktəblilərin Polimer Materialları İnstitutuna ekskursiyası təşkil olunub
18.10.2017 11:13
  • A-
  • A
  • A+

Məktəblilərin Polimer Materialları İnstitutuna ekskursiyası təşkil olunub

Sumqayıt şəhəri 37 saylı orta məktəbin 8-ci sinif şagirdlərinin AMEA-nın Polimer Materialları İnstitutuna ekskursiyası təşkil olunub. Məqsəd məktəblilərin kimya fənninə marağının artırılması, institutda görülən işlər və laboratoriyalarda quraşdırılan müasir cihazlarla onları tanış etmək olub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov şagirdlərə rəhbərlik etdiyi müəssisənin tarixi, elmi fəaliyyət istiqamətləri və əldə olunan nailiyyətlər barədə məlumat verib.

Sonra institutun Poliefir və polikarbonat materiallar, Fiziki-kimyəvi analiz, Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyalarında aparılan işlər əyani şəkildə nümayiş etdirilib.

Sonda şagirdlər institutun fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: