Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Rusiyalı alimlər Əlyazmalar İnstitutunda qorunan əski çap kitabları və əlyazmaların elektronlaşdırılması işi ilə tanış olublar
18.10.2017 14:27
  • A-
  • A
  • A+

Rusiyalı alimlər Əlyazmalar İnstitutunda qorunan əski çap kitabları və əlyazmaların elektronlaşdırılması işi ilə tanış olublar

Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı Həsən Orucov (Orazayev) və həmin mərkəzin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun Şərqşünaslıq şöbəsinin böyük elmi işçisi, tarix elmləri doktoru Milena Osmanova AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

İnstitutun Ekspozisiya zalı, həmçinin Elektron resurslar şöbəsinin fəaliyyəti ilə maraqlanan rusiyalı qonaqlar burada qorunan əlyazma və əski çap kitabları, əlyazmaların elektronlaşdırılması işi ilə tanış olublar.

Sonda H.Orucov “Əbusüfyan Akayev – dövrü, həyatı və fəaliyyəti” və “XVII-XIX əsrlərdə Şimali Qafqazda türkdilli işgüzar yazışmalar” adlı kitablarını institutun kitabxanasına hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: