www.science.az
23.10.2017 15:52

Şamaxı Astrofizika Rəsədxanasında "Nova SCT 2017" ulduzuna dair spektral müşahidələr aparılıb

Avqustun 7-dən etibarən beynəlxalq layihə çərçivəsində AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda Optik Lifli Eşelle Spektroqraf vasitəsilə "Nova SCT 2017" ulduzunun yüksək ayırdetməli (R=28 000) spektral müşahidələri aparılıb.

Qeyd edək ki, bu ulduz 19 iyun 2017-ci il tarixində aşkar edilib, ilkin ulduz ölçüsü isə magnitude=17m olub. 45 gün ərzində ulduz parlaqlığı təxminən 2500 dəfə artaraq 8,5 m ulduz ölçüsünə qədər çatıb.

Rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru, dosent Xıdır Mikayılovun rəhbərliyi altında üç ay ərzində ulduzun davamlı müşahidəsi aparılıb. Müşahidə materialları layihə iştirakçılarına göndərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.