Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.10.2017 09:23
  • A-
  • A
  • A+

AMEA Yüksәk Texnologiyalar Parkının Müşahidə Şurasının iclası keçirilib

AMEA Yüksәk Texnologiyalar Parkının Müşahidə Şurasının iclası keçirilib

AMEA Yüksәk Texnologiyalar Parkının (YT Park) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev açaraq iclasın ölkə Prezidentinin Sərəncamı əsasında yaradılmış YT Parkın bir illik fəaliyyətinə dair hesabata həsr edildiyini bildirib. Alim elm-dövlət-sənaye əməkdaşlığının təmin edilməsi və elmin kommersiyalaşdırılması ilə milli innovasiya ekosisteminin və bilik iqtisadiyyatının qurulmasının YT Parkın fəaliyyətinin ali məqsədi olduğunu vurğulayıb.

Sonra “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev 2016-2017-ci illər ərzində görülən işlərdən danışıb. YT Parkın mərkəz və şöbələrinin fəaliyyətindən söz açan Vüqar Babayev bildirib ki, cəmiyyətdə təşəbbüskar yanaşmanın inkişaf etdirilməsi ilə layihələri ideyadan biznesə çevrən, texnologiyaların transferini həyata keçirən elmtutumlu mərkəz olaraq Biznes İnkubasiya Mərkəzi (BİM) özündə 7000-dən artıq peşəkar alim və mütəxəssis toplamaq imkanına sahibdir. Sənaye Mərkəzi isə xüsusi statusa malik olan və rezidentlər üçün ideal infrastrukturu təmin edən istehsalat məkanıdır.

İclasda parkın təşkil etdiyi və tərəfdaş olduğu startap müsabiqələri, eləcə də “Yeni fikir” müsabiqəsi, “Climate launchpad” proqramı, Elm-Təhsil Biznes Əməkdaşlığı Platforması, “Elm-Texnologiya İdeya Bank” və “Alim İnsan” kimi BİM-in aktiv layihələrindən danışılıb. YT Parkın yerli və xarici qurumlarla əməkdaşlıqları, təşkil edilən görüş, tədbir, təlim proqramları və seminarlar barədə məlumatlar iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Hesabatda, həmçinin AMEA Rəyasət Heyətinin 22 sentyabr 2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrində verilmiş tapşırıqların icrası, həmçinin ölkədə bilik iqtisadiyyatı və insan kapitalının davamlı inkişafını rəhbər tutaraq görülən işlərə toxunulub.

Sonra Yüksək Texnologiyalar Parkının idarəedici təşkilatının və rezidentlərinin hesabatları təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: