Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Folklor və dövlətçilik düşüncəsi” kitabının II cildi “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb
24.10.2017 09:46
  • A-
  • A
  • A+

“Folklor və dövlətçilik düşüncəsi” kitabının II cildi “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb

AMEA Rəyasət Heyətinin qərarı ilə “Türk xalqlarında dövlət, simvol, etiket, mərasim və bayramların folklor baxımından genezisi” elmi-tədqiqat proqramı çərçivəsində “Folklor və dövlətçilik düşüncəsi” kitabının II cildi “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. 

Layihənin rəhbəri AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovdur. 

Kitabda “Qədim türk mifoloji-folklor irsinin araşdırılmasında və təbliğində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolu”, “Heydər Əliyev siyasi kursu və folklorda yaşayan dəyərlərimiz”, “Müstəqillik dövrü Azərbaycan folklorşünaslığı: nəzəri-metodoloji axtarışlar və tədqiqat istiqamətləri”, “Azərbaycan mühacirət folklorşünaslığı çağdaş elmi-nəzəri fikir kontekstində”, “Müstəqillik dövrü Azərbaycan folklorşünaslığında Cənubi Azərbaycan folkloru məsələləri”, “Folklorla bağlı qanunvericilik”, “Oğuznamədə “üçox” və onun arxaik semantikası” və digər mövzularda yazılar yer alıb.

Nəşrdə türk dövlətçilik düşüncəsi üçün xarakterik olan simvolların folklor materialları əsasında tədqiqi, milli etiket, mərasim və bayramların etnosun total davranış formulu və özünütəşkiletmə modeli kimi rekonstruksiyası diqqət çəkən məsələlərdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: