Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

25.10.2017 11:39
  • A-
  • A
  • A+

Çexiyalı alimlər AMEA-nın Fizika İnstitutunda olublar

Çexiyalı alimlər AMEA-nın Fizika İnstitutunda olublar

Çexiya Texniki Universitetinin Eksperimental və Tətbiqi Fizika İnstitutunun direktoru İvan Ştekl və bu müəssisənin keçmiş rəhbəri Stanislav Pospişil AMEA-nın Fizika İnstitutunda olublar.

İnstitutun direktoru, akademik Nazim Məmmədovla keçirilən görüşdə birgə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Fizika İnstitutunda artıq 3 ildir ki, təhsilin magistratura pilləsinə qəbulun aparıldını söyləyən N.Məmmədov hazırda rəhbərlik etdiyi müəssisədə 16 magistrantın təhsil aldığını bildirib. Qeyd edib ki, magistrantların ixtisas istiqamətlərinə uyğun olaraq institutda nəzəri və riyazi fizika, fizikanin riyazi metodları, kvant mexanikası və elektrodinamikasının aktual problemlərinə dair mühazirələr tədris olunur. N.Məmmədov magistrantların nəzəriyyə ilə yanaşı, təcrübi biliklərə də yiyələnmələrinə xüsusi önəm verildiyini və onların elmlə məşğul olmaları üçün institutda hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb.

Daha sonra institutun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov bu müəssisənin strukturu, fəaliyyət istiqamətləri və əldə etdiyi əsas elmi nəticələri barədə məlumat verib.

Sonda qonaqlar İnnovasiya sektorunda quraşdırılmış maddi-texniki baza ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: