Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Çexiyalı alimlər AMEA-nın Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıq etmək niyyətindədirlər
26.10.2017 09:36
  • A-
  • A
  • A+

Çexiyalı alimlər AMEA-nın Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıq etmək niyyətindədirlər

Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutunun (ÇETFİ) direktoru İvan Ştekl və bu müəssisənin keçmiş rəhbəri Stanislav Pospişil AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) olublar.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədovla görüşdə qonaqlara müəssisənin tarixi, strukturu, elmi fəaliyyət istiqamətləri və əldə olunan nailiyyətlər barədə məlumat verilib.

Sonra İ.Ştekl və S.Pospişil çıxış edərək ÇETFİ-də aparılan elmi-tədqiqat işləri haqqında danışıblar. Onlar RPİ-nin Radiasiya cihazqayırma, RadiobiologiyaRadioprotektorlar laboratoriyaları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Sonda qonaqlar laboratoriyaların elmi -tədqiqat prosesi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: