Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb
27.10.2017 16:16
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı 27 oktyabr 2017-ci il tarixində işıq üzü görüb.

Qəzetdə "Şəbəkə idarəetmə sistemləri və seysmik analitik alətlər üzrə təlim" mövzusunda keçirilən beynəlxalq konfrans, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsinin qalibləri, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr edilən "Molla Pənah Vaqifin sənət idealları və müasirlik" mövzusunda elmi sessiya, AMEA Yüksək Texnologiyalar Parkının Müşahidə Şurasının iclası, Kimya Elmləri Bölməsi ilə Biologiya və Tibb Elmləri Bölməsinin birgə yığıncağı, Rəyasət Heyəti aparatının Hüquq və Kadrlar İdarəsinin seminarı və yeni nəşrlər haqqında materiallar işıqlandırılıb.

Bundan əlavə, yeni sayda "Qüdrətli söz sənətkarı", "Yeni informasiya sistemi", "Ədəbiyyatımızın yeni dövrləşmə konsepsiyası", "Hüseyn Cavid və müasir gənclik", "Qəriblikdə ucalanlarımız", "Tarixi yaddaş və müasir yüksəliş", "Xoşbəxtliyə aparan elm", "Yarım əsrlik məhsuldar elmi yaradıcılıq" adlı məqalələr və digər məlumatlarla tanış olmaq olar.

Qəzetdə, həmçinin «Дружба, прошедшая испытание временем», «НАНА - Clarivate Analytics: сорудничество углубляется», «Философия Джавида», «Встреча с Фирангиз Ализаде», «Ротшильды вновь в Баку», «Достоин звания мюршида», «О революции или попытка самопознания», «Сколько вырубил - столько посадил» və s. kimi məqalələr də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: