Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Hüseyn Cavidin Ev Muzeyində "SABAH" qruplarının tələbələri üçün açıq dərs keçirilib
30.10.2017 09:43
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində "SABAH" qruplarının tələbələri üçün açıq dərs keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində Bakı Dövlət Universitetinin "SABAH" qruplarının tələbələri üçün açıq dərs keçirilib.

Elmlə təhsilin inteqrasiyası çərçivəsində baş tutan tədbirdə tələbələrə görkəmli dramaturq Hüseyn Cavidin həyat yolu, ailə üzvlərinin taleyi və ədibin əbədiyaşar zəngin yaradıcılığı, həmçinin muzeydə cavidlər irsinə aid nəşr olunan kitablar haqqında geniş məlumat verilib.

Açıq dərsdə tələbələr H.Cavidin “Şeyx Sənan”, “İblis” və digər əsərlərindən parçalar səsləndiriblər.

Sonda qonaqlar muzeyin eksponatları ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: