Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.11.2017 17:37
  • A-
  • A
  • A+

AMEA-nın Fizika İnstitutu Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq edəcək

AMEA-nın Fizika İnstitutu Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq edəcək

Noyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə AMEA-nın Fizika İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Bu məqsədlə təşkil olunan tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri, həmçinin universitetdə tədris olunan ixtisaslar barədə məlumat verib. "İki qurumun əməkdaşlığı elm və təhsilin inteqrasiyası istiqamətində mühüm addımdır" - deyən rektor əməkdaşlıq çərçivəsində müştərək tədqiqatların həyata keçiriləcəyini, qarşılıqlı kadr mübadiləsi aparılacağını, yerli və xarici elmi təşkilatlarla birgə layihələrin icra ediləcəyini diqqətə çatdırıb.

Sonra Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov ADNSU ilə əməkdaşlığın faydalı və səmərəli olacağına əminliyini ifadə edib.

Daha sonra iki qurum arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Sənədi professor M.Babanlı və akademik N.Məmmədov imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: