www.science.az
13.11.2017 10:15

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan "Elm" qəzetinin növbəti sayı 10 noyabr 2017-ci il tarixində işıq üzü görüb.

Qəzetdə Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi, AMEA Rəyasət Heyətinin növbəti iclası, Rusiya Elmlər Akademiyasının akademiki Roald Saqdeyevlə görüş, görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illiyi ilə əlaqədar Bolqarıstanda keçirilən tədbir, "Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il" elmi konfransı, "Ədəbiyyatda və incəsənətdə multikulturalizm və tolerantlıq" mövzusunda keçirilən elmi sessiya, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində yaradılmış “Elm” guşəsinin açılışı, Birləşmiş Veteranlar Şurasının yığıncağı və yeni nəşrlər haqqında materiallar işıqlandırılıb.

Bundan əlavə, yeni sayda "Yüksək qiymət", "Tarixçi alim", "Gizlənmiş şəlalələr", "Qarabağ həqiqətləri"  adlı məqalələr və digər məlumatlarla tanış olmaq olar.

Qəzetdə, həmçinin «Динамичность как предчувствие успеха», «Один из основных атрибутов государства», «Гости из Дагестана», «Обсуждены перспективы сотрудничества», «Незаменимый источник», «Стук чужого сердча», «Хранитель биоразнообразия», «Путь к мирозданию» və s. kimi məqalələr də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.