Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Zoologiya İnstitutunun əməkdaşı I Azərbaycan Ətraf Mühit forumunda iştirak edib
19.03.2014 00:00
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun əməkdaşı I Azərbaycan Ətraf Mühit forumunda iştirak edib

AMEA Zoologiya İnstitutunun İnformasiya və innovasiya şöbəsinin müdiri Elman Yusifov I Azərbaycan Ətraf Mühit forumunda iştirak edib. Tədbir Leyla Əliyevanın rəhbəri olduğu İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycanın yaşıl sabahını quraq” devizi altında həyata keçirilib.

“Azərbaycanın bioloji müxtəlifliyinin davamlı inkişafının problemləri” mövzusunda məruzə ilə çıxış edən E.Yusifov Azərbaycan təbiətinin müxtəlifliyindən bəhs edib. O, təhlükədə olan bitki növlərindən danışaraq buna sərhəd effekti, kimyəvi və radioaktiv çirklənmə, suyun çirkləndirilməsi və s. bu kimi təhlükə mənbələrinin səbəb olduğunu bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: