www.science.az
15.11.2017 09:45

Ümumdünya Fəlsəfə Günü ilə əlaqədar beynəlxalq konfrans keçiriləcək

16 noyabr 2017-ci il tarixində saat 11:00-da AMEA-nın Fəlsəfə İnstitutunda Ümumdünya Fəlsəfə Günü ilə əlaqədar “Qloballaşma şəraitində milli fəlsəfənin inkişaf istiqamətləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak edəcəyi beynəlxalq tədbirdə müxtəlif mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

YUNESKO tərəfindən təsis edilən Ümumdünya Fəlsəfə Günü hər il dünyanın müxtəlif ölkələrində silsilə tədbirlərlə qeyd edilir.

Ünvan: Bakı ş., H.Cavid pr., 115

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.